Yerli və xarici QHT-lər hesabat hazırladı - Ermənilər müharibə zamanı uşaqları vəhşiliklərə cəlb ediblər - FOTO

Yerli və xarici QHT-lər hesabat hazırladı - Ermənilər müharibə zamanı uşaqları vəhşiliklərə cəlb ediblər - FOTO

Hazırda oxunan: Yerli və xarici QHT-lər hesabat hazırladı - Ermənilər müharibə zamanı uşaqları vəhşiliklərə cəlb ediblər - FOTO

16795

Yerli və xarici qeyri-hökumət təşkilatlarının (QHT) Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı törətdiyi beynəlxalq cinayətlərdən bəhs edən geniş hesabatı hazırlanıb.

Bizim.Media-nın məlumatına görə, hesabatda Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı törətdiyi beynəlxalq cinayətlərdən bəhs edən 9 yerli və üç xarici təşkilatın hazırladığı on iki məruzə yer alıb.

Hesabata daxil edilən məlumatlarda Ermənistanın müharibə zamanı beynəlxalq konvensiyalarla mülki əhaliyə və yaşayış məntəqələrinə qarşı istifadəsi qadağan olunmuş silah-sursatlardan istifadə etməsindən bəhs olunur.

 

MÖVZU İLƏ BAĞLI:

Dini konfessiya rəhbərləri Qarabağda dağıdılan dini abidələrlə bağlı bəyanat verdilər


Hesabatda vurğulanır ki, Ermənistanın istifadə etdiyi bu silah-sursatlar Azərbaycanın münaqişə zonasından uzaq ərazilərdə, şəhər və kəndlərdə yaşayan dinc sakinlərin ölümünə səbəb olub.

Ermənilər hərbi əməliyyatlar zamanı terrorçuları və muzdluları, həmçinin uşaqları bu vəhşiliklərə cəlb ediblər.

Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ekoloji terror və beynəlxalq neft-qaz xətlərinin qəsdən hədəfə alınması haqqında Qafqaz Regional Ekoloji Mərkəzinin və Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının məruzələrində Ermənistanın həyata keçirdiyi təcavüz siyasəti nəticəsində işğal olunmuş ərazilərdə Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə və bütövlükdə regionun ekoloji durumuna dəyən ziyan, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlarla bağlı məlumatlar əksini tapıb.

Beynəlxalq İnsan Hüquqları Standartlarının Tətbiqi üzrə İşçi Qrup İctimai Birliyinin hazırladığı məruzədə Ermənistanın Azərbaycana qarşı döyüşlərdə muzdlulardan və xarici terrorçulardan istifadə etməsi barədə məlumat əksini tapıb.

Hesabatda Fransada fəaliyyət göstərən COJEP beynəlxalq təşkilatının Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirməsi ilə bağlı məruzəsi də dərc edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO