“Ölkəmizdə 60 yaşından sonra ana olanların statistikası aparılsa…” – Həkimdən MARAQLI AÇIQLAMA

“Ölkəmizdə 60 yaşından sonra ana olanların statistikası aparılsa…” – Həkimdən MARAQLI AÇIQLAMA

Hazırda oxunan: “Ölkəmizdə 60 yaşından sonra ana olanların statistikası aparılsa…” – Həkimdən MARAQLI AÇIQLAMA

167916

Xəbər verdiyimiz kimi, Lənkəran Regional Perinatal Mərkəzdə 60 yaşlı qadın uşaq dünyaya gətirib. Rayonun Bürcəli kənd sakini 1963-cü il təvəllüdlü Səfərova Ayaxanım hamiləliyin 37-ci həftəsində, qeysəriyyə yolu ilə qız uşağı dünyaya gətirib. Körpənin çəkisinin 3100 qr, boyunun 49 sm olduğu bildirilib. Bu yaşda ana olmaq bir qədər təəccüb doğurub. Ona görə də məsələyə mütəxəssislərin münasibətini öyrənmək istədik.

Bu yaşda uşaq dünyaya gətirmək mümkündür?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən tanınmış həkim Təranə Həsənova bildirdi ki, bu, ilk baxışdan maraqlı görünsə də heç də təəccüblü hal deyil:

“Bu ilin əvvələrində ölkəmizdə 63 yaşlı bir qadın da ana olmuşdu. Təbii ki, bu süni mayalanma yolu ilə baş tutub. Doğrudur, bu barədə məlumatda qeyd olunmur. Nəzərə alaq ki, hər qadın bədəni buna imkan vermir.Amma bəzi bədənlər var ki, hormonal müalicə aparılandan sonra hamilə qala bilir.

Hamiləlik ciddi həkim nəzarətində keçir və qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirilir”. Təranə Həsənova bu yaşda ana olmağı möcüzə hesab etmir:

“Çünki hər il ən azından 2-3 qadın bu yaşda ana olur. Nəzərə alaq ki, klimaks dövrünü keçmiş qadınlar arasında ana olanların statistikası aparılmır. Bu statistika aparılsa, biz daha yaşlı qadınların ana olmasının şahidi olarıq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO