Fərid Şəfiyev:

Fərid Şəfiyev: "Azərbaycan-ABŞ münasibətlərinin normallaşması yaxşı haldır"

Hazırda oxunan: Fərid Şəfiyev: "Azərbaycan-ABŞ münasibətlərinin normallaşması yaxşı haldır"

167871

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan-ABŞ münasibətlərinin normallaşmış kimi göründüyünü və bunun çox yaxşı hal olduğunu vurğulayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb. 

"Azərbaycan-ABŞ münasibətləri normallaşmış kimi görünür, bu, çox yaxşıdır, çünki bu münasibətlər son 30 ildə bir çox mühüm sahədə qurulub. Əks təqdirdə ABŞ Konqresində başqa bir çağırışla üzləşə bilər", - F.Şəfiyev qeyd edib. 
Qeyd edək ki, ötən gün ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn “X” hesabında ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini müzakirə etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ilk konstruktiv danışığın baş tutduğunu yazıb. O, regionda davamlı, ləyaqətli sülhün bərqərar olmasının tarixi imkanlar açacağını vurğulayıb. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO