Rusiya “İsgəndər” raketinin Şuşada tapılması ilə bağlı istintaqa başladı - ŞOK ayrıntılar 

Rusiya “İsgəndər” raketinin Şuşada tapılması ilə bağlı istintaqa başladı - ŞOK ayrıntılar 

Hazırda oxunan: Rusiya “İsgəndər” raketinin Şuşada tapılması ilə bağlı istintaqa başladı - ŞOK ayrıntılar 

16774

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Hərbi Əks Kəşfiyyat Departamenti Ermənistanın Qarabağda “İskəndər“ raketindən istifadə etməsi və Şuşada qalıqlarının tapılması ilə bağlı istintaq başladıb. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildirilib ki, Federasiyanın Cənubi Hərbi Dairəsindəki anbarlardan qanunsuz olaraq “İskəndər” raketlərinin alınması, Ermənistana qanunsuz çatdırılması və bu əməliyyatın Livan, Rusiya bankları vasitəsi ilə ödənilməsi son dərəcə sərt cavablar tələb edən bir vəziyyətdir. 

 

MÖVZU İLƏ BAĞLI:

Erməni general: «Hərbi əməliyyatlarda «İsgəndər» raketindən istifadə etmişik»


Rusiya Müdafiə Nazirliyinin keçən il oktyabr ayında başlatdığı, hərbi vəzifəli şəxslərin Ermənistana qanunsuz silah tədarükündə iştirakına dair silah qaçaqmalçılığı ilə bağlı açıqlamasından sonra başlayan rəsmi araşdırma şok nəticələrə səbəb olub. 

Bölgənin raket və artilleriya silahlarının anbarlarındakı şübhəli fakturalar, Ermənistan istiqamətindəki hərbi nəqliyyat təyyarələrinin tamamilə açıqlanmayan uçuşları və nəhayət, rus mənşəli iş adamı Karen Karapetyan tərəfindən IL-76 alması təccüb doğurub. 

FSB-nin ərazi idarələrindən muzdluların və silahların Rusiyadan Qarabağa köçürülməsi, bəzi məmurların bank hesablarındakı sənədləşmələr araşdırılıb. 

Eyni zamanda Rusiya Müdafiə Nazirliyindən “Cənub Hərbi Dairəsində Rusiyanın erməni diasporu KTMT üzvü ölkəsi ilə hərbi-texniki əməkdaşlıq sistemini atlayaraq Ermənistana qanunsuz silah tədarükü şəbəkəsi yaradıb”, - deyə bildirilib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin dövlətə xəyanətdən bəhs edən xüsusi maddəsi ilə istintaqa başlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO