Lənkəranda 60 yaşlı qadın ilk dəfə ana OLDU 

Lənkəranda 60 yaşlı qadın ilk dəfə ana OLDU 

Hazırda oxunan: Lənkəranda 60 yaşlı qadın ilk dəfə ana OLDU 

167736

Lənkəran Regional Perinatal Mərkəzdə 60 yaşı qadın uşaq dünyaya gətirib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin sosial şəbəkə hesabında yayılıb.  

Bildirilib ki, Lənkəran rayon Bürcəli kənd sakini 1963-cü il təvəllüdlü Səfərova Ayaxanım İltifat qızı hamiləliyin 37-ci həftəsində, dekabrın 5-də qeysəriyyə yolu ilə çəkisi 3100 qr., boyu 49 sm olan qız uşağı dünyaya gətirib. 

Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Ana və körpənin vəziyyəti qənaətbəxşdir. 

Qeyd edək ki, bu, ananın birinci hamiləliyidir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO