"Ermənistanın ərazisini işğal etmək kimi bir hədəfimiz yoxdur" - İlham Əliyev

Hazırda oxunan: "Ermənistanın ərazisini işğal etmək kimi bir hədəfimiz yoxdur" - İlham Əliyev

167715

"Biz artıq Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyirik".

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev ADA Universitetində Qarabağla bağlı Forumda iştirak edir - CANLI 


“Ermənistanın ərazisini işğal etmək kimi bir hədəfimiz yoxdur”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, bəzən əsassız olaraq bizi bunda ittiham edirlər. 

“Biz bunu etmək istəsəydik, edərdik. Bunu açıq şəkildə bəyan edirəm. İstənilən nöqteyi-nəzərdən Azərbaycan üçün böyük problem deyil. Onlar bir gün ərzində öz silahlarını yerə qoydular və bizim bayrağımız Xankəndidə ucaldıldı. Biz bunu etmək istəmirik. Biz bunu etmiriksə, bu o deməkdir ki, mən bu məsələdə haqlıyam”, - deyə Azərbaycan Prezidenti bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO