Kəmalə efirdə Anar Vəziroğluna ƏSƏBİLƏŞDİ: “Siz kimsiniz ki, mənimlə belə danışırsınız?” – VİDEO 

Kəmalə efirdə Anar Vəziroğluna ƏSƏBİLƏŞDİ: “Siz kimsiniz ki, mənimlə belə danışırsınız?” – VİDEO 

Hazırda oxunan: Kəmalə efirdə Anar Vəziroğluna ƏSƏBİLƏŞDİ: “Siz kimsiniz ki, mənimlə belə danışırsınız?” – VİDEO 

167380

Müğənni Kəmalə Qaramollayeva ilə şair və jurnalist Anar Vəziroğlu arasında efirdə qalmaqal yaşanıb. 

Bizim.Media xəbər verir ki, buna səbəb sənətçinin ikinci dəfə ərə getməsi ilə bağlı suallara ətraflı danışmaqdan imtina etməsi olub. 

Kəmalə şəxsi həyatı ilə bağlı bunları söyləyib: 

“Mən şəxsini şəxsi bilirəm. Ona görə də şəxsi həyatımı gündəmə gətirmək istəmirəm. İndi mənə suallardır, verirsiniz, hörmətsizlik olmasın deyə bir kəlimə cavab verirəm və dərinə getmirəm. İndi sənətçilərin əksəriyyəti sənətlə yox, ailə mövzuları ilə gündəmə gəlirlər. Camaat artıq bilir ki, onlar gündəmə gəlmək üçün bunları edirlər. Mən isə belə bir mövzularla gündəmə gəlmək istəmirəm. Nə övladımı, nə də ailəmi reklam etmək istəyirəm. Mən oxumağımla gündəmə gəlməliyəm. Olmursa da olmasın”. 

“Əsas odur ki, həyat yoldaşım kiminsə əri deyil” deyən Kəmalə fikirlərini bu mövzuda belə davam etidirib: 

“Mənim halal həyat yoldaşımdır, özyaşıdımdır. Çox gözəl ailəm var. Həyat yoldaşım istəmir ki, mən bu mövzu ilə gündəmə gəlim. Mənim həyat yoldaşım başqa sahənin adamıdır”. 

Qaramollayeva birinci həyat yoldaşı ilə münasibətlərinin yaxşı olduğunu və oğluna baxdığını söyləyib: 

“Mənim birinci həyat yoldaşımla, yəni övladımın atası ilə çox gözəl münasibətim var. Dostuq! O bizim evimizə gəlib-gedir. Oğluma baxır. Uşağıma da onun atası baxır. Mən şəxsi həyatımı pisləsəm, Allaha xoş getməz. Mən şəxsi həyatımı açıb-ağartmaq istəmirəm. Məcburiyyətdən artıq cavab verdim. Əsas odur ki, mən heç kimin ailəsini dağıtmamışam. Nə də ki, ikinci ərimin neçəncisə arvadı deyiləm. Onun tək həyat yoldaşıyam. Bu, onun da, mənim də ikinci evliliyimizdir. Xaricdə ailə qurub, elə xaricdə də boşanıb. Avropada...” 

Sənətçinin bu çıxışı Anar Vəziroğlunun xoşuna gəlməyib. Jurnalist müğənniyə etiraz edib: 

“Mən özümə şübhə ilə yanaşıram. Niyə? Çünki bura gələnlər hamı bizə jurnalistikadan dərs deməyə çalışır. Şəxsi həyatdır, ikinci dəfə ərə gedib. Biz Kəmalənin ərə getməsinə qadağa qoymuruq. Allah xoşbəxt etsin. Amma Kəmalə mənə jurnalistikadan məktəb keçməsin. Axı, bu nə deməkdir ki, jurnalist bilməlidir, mənə hansı sualı versin? Əgər sualı qəbul etmirsənsə, de ki, sənin sualına cavab vermək istəmirəm. Söhbət belədir. Hərənin subyektiv fikri var. Kəmalə deyir ki, şəxsi həyatıma qarışmayın”. 

Bu anda Kəmalə “Siz kimsiniz ki, mənimlə belə danışırsınız? Sizə ixtiyar vermirəm ki, mənimlə belə danışasan. Mən ümumiyyətlə, danışmayacağam. Siz özünüzü reklam edirsiniz. Amma mən sizin olduğunuz səviyyəyə enməyəcəyəm” cavabını verib. 

Bundan sonra studiyada ekspertlər arasında bu mövzuda fikirlər ayrılıb və gənginlik pik həddə çatıb. 

Verilişdə baş verən həmin anları sizə təqdim edirik: 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO