Samirə, Kəmalə və Nəcibə

Samirə, Kəmalə və Nəcibə "Altın Kelebek"in qırmızı xalısına ÇIXDILAR - FOTO/VİDEO

Hazırda oxunan: Samirə, Kəmalə və Nəcibə "Altın Kelebek"in qırmızı xalısına ÇIXDILAR - FOTO/VİDEO

167273

Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatları mərasiminin başlamasına saylı dəqiqələr qalıb.

Bizim.Media xəbər verir ki, sözügedən mükafatlanma gecəsinin "Zorlu Center"də keçirilən qırmızı xalı mərasimi baş tutub.

"Altın Kelebek"də Azərbaycandan qatılan ölkəmizi 2020 və 2021-ci ildə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndi, aparıcı Kəmalə Piriyeva, bloger Nəcibə Əhmədi qırmızı xalıya çıxıb. 

Onlarla birgə qırmızı xalıda Samirə Əfəndini bu gecədə bəzəyən (saç, makiyaj -red.) dünya şöhrətli vizajist Anar Ağakişiyev də görsənib.

Kəmalə mükafatlanma gecəsinə ağ pencə və eyni rəngdə qolları uzun pencəkdə çıxıb. Nəcibə də rəng baxımından Kəmalədən geri qalmayıb. Lakin bloger  üzərinə uzun sinə dekolteli libas geyinib. Samirəyə gəldikdə isə o qızılı rəngə üstünlük verib. Əfəndə öndən qıs,a arxadan isə uzun sinə hissəsi isə yelpəyi xatırlayan libas seçib. 


Hər üç xanım məşhur qırmızı xalı üzərində gəzərək fotoqraflara pozlar veriblər.

Daha sonra xüsusi olaraq bu gecə üçün İstanbula gələn məşhur aparıcı Kamilə Babayeva Samirə, Nəcibə və Kəmalə "Altın Kelebek"də iştirakları ilə bağlı müsahibə alıb. 

Qeyd edək ki, "Altın Kelebek" mükafatlanma mərasimi bir azdan "Xəzər" televiziyası ilə canlı yayımlanacaq.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO