Türkiyədə həbs edilən Şamil Əmirov kimdir? - FOTO

Türkiyədə həbs edilən Şamil Əmirov kimdir? - FOTO

Hazırda oxunan: Türkiyədə həbs edilən Şamil Əmirov kimdir? - FOTO

167227

Xəbər verdiyimiz kimi, Türkiyə hakimiyyəti Rusiyada fəaliyyət göstərdiyi iddia edilən mütəşəkkil cinayətkar qruplaşmanın liderlərindən biri Şamil Əmirovu yaşadığı İstanbulun Sarıyer rayonunda saxlayıb.

Bizim.Media xəbər verir ki, İnterpol xətti ilə dələduzluğa görə axtarışda olduğu deyilən Şamil Əmirov dağıstanlı idmançıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın axtarışa verdiyi cinayətkar Türkiyədə TUTULDU - VİDEO


Açıq mənbələrdə Şamilin valideynləri haqqında heç bir məlumat yoxdur. Bunu Şamilin ailəsinin dindarlığı ilə əlaqələndirirlər. 

Onun şəxsi həyatı haqda da məlumat çox deyil, yalnız o bilinir ki, 2018-ci il sentyabrında ailə qurub. 

Ş.Əmirov milliiyyətçə lakdır, Dağıstanın kiçik kəndində anadan olub.  Kaspiyskdə böyüyüb, sonra Mahaçqalaya köçüb. Burada o, qaydasız döyüş növləri ilə məşğul olmağa başlayıb. Onu Tamerlan Süleymanov və Hacıməhəmməd Hüseynov kimi məşqçilər yetişdirib. Ciddi məşq sayəsində Şamil qarışıq döyüş növləri üzrə Moskva çempionu olub.  

Karyerasının əvvəlində inamlı qələbələr qazanan Şamil Əmirov son illər rinqdə uduzub, hətta nakauta düşdüyü dyüşlərdə olub.  Rusiya mediası yazır ki, bir müddət əvvəl Şamil Əmirov bəyan edib ki, özünü çox yorğun hiss edir və döyüşlərə ara vermək niyyətindədir.  

Ş.Əmirovun Türkiyədə hansı fəaliyyətlə məşğul olduğu deyilmir. Məlumdur  ki, Rusiyada “qanuni oğru”larla bağlı qanun sərtləşdikdən sonra cinayət aləminə yaxın şəxslər Türkiyəyə yerləşməyə üstünlük verirlər.
Bu da xüsusilə böyük şəhərlərdə kriminal mühitə ciddi təsir edir. Mafiyaların daxili hesablaşmaları, bir-birlərinin qanına susaması Türkiyədə stabilliyə ciddi təhdid yaradan amillərdən biridir. O səbəbdən son aylar keçmiş SSRİ-dən olan kriminallara qarşı Türkiyədə xüsusi əməliyyatlar aparılır. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO