Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib - FOTO

Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib - FOTO

Hazırda oxunan: Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib - FOTO

167144

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində “RehaPoint” - Reabilitasiya Məntəqəsi istifadəyə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, məntəqədə bölgədə yaşayan əlilliyi olan şəxslərə ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri göstərilir, eləcə də onların ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təminatı aparılır.

Məqsəd regionlarda əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının və vətəndaş məmnunluğunun artırılması, bərpa prosesində əldə edilən nəticələrin davamlılığının təmin edilməsi və regionlarda reabilitasiya infrastrukturunun gücləndirilməsidir.
Həmçinin 3 Dekabr - Beynəlxalq Əlliliyi olan Şəxslər Günü ilə əlaqədar “RehaPoint”də “Açıq qapı” günləri keçirilir. Həmin günə qədər nəzərdə tutulan “Açıq qapı” günlərində Bərdə və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər, müharibə veteranları, şəhid ailələri və müharibədən zərər çəkmiş vətəndaşlar üçün sosial-psixoloji xidmətlər göstərilir.

Tədbir çərçivəsində uşaq və böyüklər üçün ilkin psixoloq və loqoped konsultasiya və müayinəsi, ailələrin maarifləndirilməsi həyata keçirilir.

“RehaPoint” - Reabilitasiya Məntəqəsi infrastrukturunun yeni yaradılacaq regional DOST mərkəzləri üzrə genişləndirilməsi nəzərdə tutulur.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO