Dekabrın ilk 3 günü üçün kosmik hava proqnozu açıqlanıb.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Bizim.Media-ya bildirilib ki, ötən üç sutka ərzində bir çox C sinif (Yerə təsir edə bilməyən) alışmalar baş versə də, Günəş aktivliyi aşağı səviyyədə olub.
M (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) və X (güclü) sinif alışmaların baş verməsi ehtimalı aşağıdır. Planetlərarası maqnit sahəsi və Günəş küləyinin sürəti norma daxilindədir.
Dekabrın 1-də səhər saatlarında maqnit qasırğasının loqarıfmik indeksini göstərən Kp əmsalı 5-6 intervalında olacaq, günortadan etibarən 3-4 intervalına qədər azalacaq.
Hazırda geomaqnit sahə G1 səviyyəli geomaqnit qasırğası səviyyəsindədir. Yüksək en dairələrində isə G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur.
Dekabrın 2-də gecə saatlarında Kp əmsalı 4-5 olacaq, sonra isə azalaraq 2-3 intervalında dəyişəcək. Dekabrın 3-də isə geomaqnit sahənin sakit olacağı proqnozlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:41 / 01.12.2023
Geomaqnit qasırğası BAŞLADI
Hazırda oxunan: Geomaqnit qasırğası BAŞLADI
Hazırda oxunan: Geomaqnit qasırğası BAŞLADI
166964
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.