“Azərbaycan antiterror tədbirləri həyata keçirərkən nümunəvi şəkildə davrandı, heç bir erməni sakin Qarabağı tərk etməyə məcbur edilmədi, əksinə Azərbaycan yerli ermənilərə qalmaq və bərabər Azərbaycan vətəndaşları kimi inteqrasiya olmaq üçün davamlı çağırışlar etdi”.
Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Skopyedə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında çıxışında deyib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov: “Ermənistanın qarayaxma kampaniyası sülhə xidmət etmir”
“Bizim hökumətimiz Azərbaycan vətəndaşlığı əsasında gələcək inteqrasiya üçün hərtərəfli plan elan edərək yerli sakinlərin humanitar və sosial-iqtisadi ehtiyaclarının təmin edilməsi istiqamətində növbəti səylər göstərdi ki, bu da Azərbaycanın son dərəcə daxili işidir”, - deyə XİN başçısı qeyd edib.