Avropa çempionatı: 7 güləşçimiz mübarizəyə QOŞULUR

Avropa çempionatı: 7 güləşçimiz mübarizəyə QOŞULUR

Hazırda oxunan: Avropa çempionatı: 7 güləşçimiz mübarizəyə QOŞULUR

166856

Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı davam edir. 

Bizim.Media xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən mundialın ikinci günündə Azərbaycan millisinin 7 üzvü xalçaya çıxacaq. 

Kişi sərbəst güləşçilərin yarışında Ceyhun Allahverdiyev (61 kq), Orxan Abbasov (79 kq), Fərid Cabbarov (86 kq), Zəfər Əliyev (97 kq) və Rahid Həmidli (125 kq) gücünü yoxlayacaq. 

Qadınların mübarizəsində Şirinova Gültəkin (53 kq) və Ruzanna Məmmədova (59 kq) dünya çempionatına qoşulacaq. 
Qeyd edək ki, Azərbaycan yığması çempionatın ilk gününü 4 qızıl, 1 gümüş, 1 bürünc medalla başa vurub. Mundialda sərbəst güləşçilərimizdən Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) qızıl medal qazanıblar. 

Qadın güləşçilərimizdən isə Elnurə Məmmədova (52 kq) ikinci, Nərgiz Səmədova (50 kq) üçüncü yeri tutub. Yarış dekabrın 3-dək davam edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO