TƏBİB-dən Bakıda məktəblinin ölümü ilə bağlı AÇIQLAMA 

TƏBİB-dən Bakıda məktəblinin ölümü ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: TƏBİB-dən Bakıda məktəblinin ölümü ilə bağlı AÇIQLAMA 

166828

Bakı şəhəri, Qaradağ rayonunda 2014-cü il təvəllüdlü uşaq ölüb. 

TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub. 
 

MÖVZU İLƏ BAĞLI:

 Azərbaycanda məktəbli qızılcadan öldü


Qeyd olunub ki, təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb: 

"Şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür". 

Xatırladaq ki, Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin direktoru Laçın Hüseynli təhsil müəssisəsinin 4-cü sinif şagirdi, 10 yaşlı Rinatın qızılca xəstəliyindən dünyasını dəyişdiyini deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO