Şəbnəmin atası: “Ona dedim ki, efirdə səni açıq-saçıq görsəm...” – VİDEO 

Şəbnəmin atası: “Ona dedim ki, efirdə səni açıq-saçıq görsəm...” – VİDEO 

Hazırda oxunan: Şəbnəmin atası: “Ona dedim ki, efirdə səni açıq-saçıq görsəm...” – VİDEO 

166821

“Şəbnəm uşaqlıqda “kepkanı” (papağı – red.) başına qoyurdu, kostyum geyinirdi. Tovuzun bu ərazisində birincə şalvar geyinən qızım olub. Şəbnəm 2-3 yaşından sonra ətək yox, yalnız şalvar geyinib. O, oğlan tərzində geyinib. Mən ona sərbəstlik vermişəm. Şəbnəm arxasız uşaq olub. O, qazandığı hörmətin hamısını dizlərini yerə qoyaraq, iməkləyərək əldə edib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlunun (Əsədova) atası Ələddin Əsədov “İncə səhər” verilişinə müsahibəsində deyib. 

Hələ də qızının geyiminə müdaxilə etdiyini söyləyən sənətçinin valideyni bildirib ki, efirlərin birinə geyindiyi qısa ətəyə görə onu danlayıb: 
“Qızım Şəbnəm əlinə mikrofon alanda, ona bircə kəlimə söz dedim ki, “Əlində mikrofon səni hansı efirdə açıq-saçıq görsəm, üzünə darvazanı açmayacağam”.

Heç onu açıq-saçıq geyimdə görmüsünüz?

Yox! Onun geyiminə qarışıram. Həyatda varamsa, onun valideyniyəm. Bir dəfə ona geyimi ilə bağlı iradımı bildirmişəm. Qonşunun televizorunda efirə baxırdıq. Gördüm ki, əyninə geyindiyi ətək biraz qısadır. Qonşunu çağırdım, söylədim ki, Şəbnəmə zəng et. Təxminən bildim ki, efirdən çıxıb evinə çatıb. Qonşuya dedim ki, Şəbnəmə desin ki, əyninə geyindiyi ətək çox xoşuma gəldi. Bir də onu əynindən çıxarmasın. Bununla da məsələyə nöqtə qoydum. Sətiraltı sözümü dedim. Qazanın ağzına qapaq qoyuldu”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO