FHN: Mingəçevirdəki zəlzələ nəticəsində hər hansı dağıntı olmayıb

FHN: Mingəçevirdəki zəlzələ nəticəsində hər hansı dağıntı olmayıb

Hazırda oxunan: FHN: Mingəçevirdəki zəlzələ nəticəsində hər hansı dağıntı olmayıb

166738

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 29.11.2023-cü il tarixində yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qərb bölgəsində 4-3 bal gücündə ZƏLZƏLƏ OLUB - YENİLƏNİB


Bildirilib ki, yeraltı təkanlar Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO