Kənanın bu sözlərinə əsəbiləşən Aynur efiri tərk etdi - QALMAQAL - FOTO/VİDEO

Kənanın bu sözlərinə əsəbiləşən Aynur efiri tərk etdi - QALMAQAL - FOTO/VİDEO

Hazırda oxunan: Kənanın bu sözlərinə əsəbiləşən Aynur efiri tərk etdi - QALMAQAL - FOTO/VİDEO

166652

Müğənni Aynur Dadaşova və aktyor-rejissor Kənan Mahmudov arasında efirdə qalmaqal yaşanıb. 

Bizim.Media xəbər verir ki, buna səbəb Aynurun həmkarı Rüfət Axundovla canlı popuri oxuduqdan sonra Kənanın söylədiyi “Özümü toydakı kimi hiss etdim. Elə bildim ki, toydayam lap pul yazdırmağım gəldi” sözlərini dilə gətirməyi olub. 

Kənanın bu ifadələrindən sonra Aynurun üz ifadəsi “180 dərəcə” dəyişib. Müğənni “Sən toya gedirsən ki, pul yazdırasan? Bu sözləri Kənana dedim. Sənin ailəndə müğənni var. “Xatırla məni” adlı mahnı toyda oxunan nəğmə deyil” deyərək rejissora etirazını bildirib. 

Mahmudov isə Dadaşovaya “Ağıllı kişi xanımın qarşısında susmalıdır. Mübahisə etməməlidir” fikrini səsləndirib. Aynur isə “Yeganə müğənniyəm ki, heç zaman toy bazarını sevməmişəm. Müğənnilər ölürlər ki, toyları olsun, toylara getsin, toy oxusunlar.

Amma hamı bilir ki, mən toylardan çıxış etməmək üçün hər zaman qaçmışam. Kənanın bu sözləri xətrimə dəydi. Bura toy deyil, bura veriliş, efirdir” kəlmələrini söyləyib. 

Kənan “Nə deyim? Deyim ki, yasdayıq?” sözlərinə Aynur ayağa qalxaraq “Hamınızı çox istəyirəm. Qalmaqalla gündəmə gəlməyi sevmirəm. Görürəm ki, buradakı abu-hava dəyişir və o deyil, ona görə də sakitçə getmək istəyirəm” deyərək studiyanı tərk edib. 
Rejissor Aynurun efirdən getməsi addımını xoş qarşılamayıb. Proqramın gedişatından Mahmudov “Toy pis şeydir? Çoxdandır, mahnı eşitmirəm, elə bildim ki, toydayam. Hətta burada ifaları xoşuma da gəldi. Kim Aynura toy müğənnisi dedi? Mən Aynur xanımı 25 ildir ki, tanıyıram.

Burada inciməli heçnə yoxdur. İnsanların önündə Aynur xanımdan getməməsini xahiş etdik və o buna rəğmən çıxıb getdisə, kamera kənarında insanlar deyəcəklər ki, görəsən, Aynura nə dedi ki, o qayıtdı... Hər şey burada oldusa, burada da bitməlidir. Əgər məsələ bu yerə çatdısa, durub-getmələr oldusa, mən Aynurun yerinə olsaydım bu gedişlərlə qayıtmazdım.

Gedişlər ağır olmalıdır. Axı mən sənə nə dedim ki, sən çıxıb getdin. Mən kiminsə gözü dolacaq nə söylədim? Baş verən heç bir hadisə mənim Aynurla münasibətimi dəyişə bilməz. Axı o mənə heç nə etməyib. O öz fikridir” sözlərini dilə gətirib. 

Aynur “Kənan dedi ki, mən Aynurun yerində olsaydım geri qayıtmazdım. Bəli, sən mənim yerimdə ola bilmərsən. Çünki mən bir xanımam, müğənniyəm, sən isə şeirlər yazırsan. O mənim yerimdə ola bilməz. Mən özümə dəyər verən insanam.

Onun özünün beş dostu varsa oturar onlarla soruşar ki, mən o xanıma nə dedim. Verilişə gələnlərə deyirəm ki, nəsə deyəndə öncə düşünün sonra deyin. Baxın görün qarşınızda kim oturub. Kimə hansı sözü demək lazımdır” söyləyərək, efiri tərk edib.
Daha sonra Dadaşova studiyaya geri dönüb və mahnısını oxuyub çıxıb getmək istədiyini söyləyib. Efirdə baş verən gərgin dolu anları sizə təqdim edirik: 
 



Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO