“Biz heç kimə Rusiyanı parçalamağa imkan verməyəcəyik, bizim bircə dənə Rusiyamız var. Bu gün dünyaya hökmranlıq iddiasında olanların yolunu bağlayan rus dünyasıdır. Millətlərarası və dinlərarası nifrət toxumu səpmək, cəmiyyətimizi parçalamaq cəhdləri - bu, bütün Rusiyaya qarşı xəyanət və cinayətdir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin noyabrın 28-də Ümumdünya Rusiya Xalq Şurasının iclasında çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Bu ölkələr Lavrova görə ATƏT XİN başçıları iclasında iştirakdan İMTİNA ETDİLƏR
Putin qeyd edib ki, Rusiya kimi böyük çoxmillətli ölkə Qərbə lazım deyil:
“Biz indi təkcə Rusiyanın deyil, bütün dünyanın azadlığı üçün mübarizə aparırıq. Tarixi bölgələrimiz Rusiyaya qayıtdı, biz gücləndik. Hazırda Ordumuz yeganə güc mənbəyi olan azad xalqı qoruyur”.
Bizim.Media