"Dekabrda Akkreditasiya Şurasının üçüncü iclasının keçirilməsi planlaşdırılır".
Bizim.Media xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, bu il ərzində 13 ali təhsil müəssisəsinin akkreditasiyasının yekunlaşdırılması nəzərdə tutulur:
"Növbəti ildə də 13 ali təhsil müəssisəsinin akkreditasiyası aparılacaq. Onlardan 3-ü bu il akkreditasiyası aparılan, amma prosesdən keçməyənlərdir. Gələn il həmçinin, proqram akkreditasiyalarının keçirilməsi planlaşdırılır. Bununla bağlı proqram tərtib edilib".
Bizim.Media
![13 ali məktəbin akkreditasiyası yekunlaşdırılacaq 13 ali məktəbin akkreditasiyası yekunlaşdırılacaq](https://bizim.media/file/articles/2023/11/28/1701171446_telebe1jpg-1611218766.jpg)
- A-
- A
- A+
Cəmiyyət
15:52 / 28.11.2023
13 ali məktəbin akkreditasiyası yekunlaşdırılacaq
Hazırda oxunan: 13 ali məktəbin akkreditasiyası yekunlaşdırılacaq
Hazırda oxunan: 13 ali məktəbin akkreditasiyası yekunlaşdırılacaq
166516
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.