Prezident Mavritaniyanın dövlət başçısını təbrik edib

Prezident Mavritaniyanın dövlət başçısını təbrik edib

Hazırda oxunan: Prezident Mavritaniyanın dövlət başçısını təbrik edib

166459

Prezident İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə məktub ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident, 

Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. 

İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq dostluq münasibətlərimizin, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. 
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO