"Bu gün bəzi müğənnilərin yalandan 5 - 10 min manat verib "YouTube"da mahnılarını "trend" etməklə bizim səviyyəmizdə olmaq anlamına gəlmir. Bu gün mənə də təklif olunur ki, “gəlin, mahnınızı "trend" edək…” Mən özüm-özümü niyə aldadım? Bu gün mənə də deyirlər ki, “"Instagram" sosial şəbəkədəki səhifəni qaldıraq, 2-3 milyon izləyicisi olsun"”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.
Sənətçi pulla mahnılarını "YouTube"da "trend"ə salan və efirlərdə populyarlaşdıran ifaçıları özü ilə bir səviyyədə görmədiyini bildirib:
"Mən klip təqdimatı edəndə, Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev kimi məşhurlar gəlib. "YouTube" mahnıları "trend" olan dediyiniz ifaçılar el şənliklərində, məclislərdə iştirak edən müğənnilər olublar. Sonradan efirdə kommersiya xarakterli verilişlər açılıb, onlar öz mahnılarını orada təqdim ediblər. Zamanında kliplərim və klip təqdimatları üçün müəyyən vəsaitlər xərcləmişəm, sənətimə sərmayə qoymuşam.
Amma heç vaxt pul verib efirə çıxmamışam. Kommersiya müğənnisi olmamışam. Mənim ilk dəfə səhnə çıxışım Heydər Əliyev Sarayında olub və məni Aygün Kazımova ilə Murad Dadaşov təqdim edib. Düşünmürəm ki, o müğənnilər o səhnədə elə təqdim olunublar. Şou-biznes başqa şeydir, müğənnilər, tanınmış insanlar isə başqadır.
Toy müğənnisi əgər toyda oxuyub pul qazanırsa, bu, onun şou göstərdiyi anlamına gəlmir. Bu, şou-biznes deyil. Mənə elə gəlir ki, şounu biz göstəririk, amma biznes, yəni pulu onlar qazanır".
- A-
- A
- A+
Şoutaym
20:53 / 27.11.2023
Ayan Babakişiyeva: "Pul verib, efirə çıxmamışam" - VİDEO
Hazırda oxunan: Ayan Babakişiyeva: "Pul verib, efirə çıxmamışam" - VİDEO
Hazırda oxunan: Ayan Babakişiyeva: "Pul verib, efirə çıxmamışam" - VİDEO
166394
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.