Qurum prezidenti etirazlardan sonra istefa verdi

Qurum prezidenti etirazlardan sonra istefa verdi

Hazırda oxunan: Qurum prezidenti etirazlardan sonra istefa verdi

166388

Bolqarıstan millisinin sabiq qapıçısı Borislav Mixaylov Bolqarıstan Futbol İttifaqının prezidenti vəzifəsindən istefa verib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 16-da Sofiyada Bolqarıstan və Macarıstan milli komandaları arasında Avro-2024-ün seçmə turnirinin qrup mərhələsi matçı başlamazdan əvvəl 5 minə yaxın insan qurum rəhbərliyinin istefası tələbi ilə kütləvi etiraz aksiyası keçirib.

Mixaylov bu səbəbdən istefa verib: “Hamını sakitləşdirmək üçün istefa verirəm. Mən vəzifəyə qayıtdıqdan sonra quruma tənqid, böhtan və aqressiya ilə bağlı ciddi təzyiqlər oldu. Buna baxmayaraq, biz tapşırıqlarımızı qısa müddətdə başa çatdırdıq. Bəli, milli komanda yaxşı səviyyədə oyun nümayiş etdirmədi, amma məndən asılı olan hər şey edildi”.

Bolqarıstan millisi Avro-2024-ün seçmə mərhələsinin G qrupunda 5-ci-sonuncu yeri tutub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO