Ən çox şikayət olunan banklardan hansılar bağlana BİLƏR? – AÇIQLAMA 

Ən çox şikayət olunan banklardan hansılar bağlana BİLƏR? – AÇIQLAMA 

Hazırda oxunan: Ən çox şikayət olunan banklardan hansılar bağlana BİLƏR? – AÇIQLAMA 

166356

Mərkəzi Bank oktyabr ayı ərzində əhalinin narazılıq etdiyi bir neçə bankın adını açıqlayıb. 

Bildirilib ki, müştərilərin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksinin aylıq əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanması qərara alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ən çox şikayət edilən banklar - SİYAHI 


İndeks bank müştərilərinə göstərilən kassa, hesablaşma, kart əməliyyatları və s. xidmətlərlə bağlı Mərkəzi Banka daxil olan şikayətlər əsasında bankların sıralamasını əks etdirir. 23 bankın olduğu siyahının ilk beşliyində Bank VTB ASC, Bank BTB ASC, Bank of Baku ASC, Accsesbank QSC və Azərbaycan Sənaye Bankı ASC yer alıb.

Qeyd edək ki, bu il ölkədə Mərkəzi Bank tərəfindən iki bank bağlanıb. Lisenziyası ləğv edilən banklar arasında “Günay Bank” ASC və “Muğan Bank” ASC yer alıb. Hər iki bankın bağlanmasına səbəb müflis olmalarıdır. 

Maraqlıdır, bankların bağlanması məsələsində müştəri məmnuniyyəti və şikayəti nəzərə alınırmı?

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı Bizim.Media-ya danışarkən ölkədə müştəri məmnuniyyəti və şikayətləri əsasında bankların bağlanması təcrübəsinin olmadığını deyib:

“Müştərisi çox olan bankların daha çox şikayətçisi olur. Məsələn, Mərkəzi bankın açıqladığı siyahıda sonuncu yerdə Milli İran Bankının Bakı nümayəndəliyidir. Demək olar ki, bu bankdan şikayət yoxdur. Ona görə ki, bu bankın müştərisi də yoxdur. Vətəndaşların şikayəti, müştəri məmnuniyyəti bankların bağlanması məsələsində heç bir rol almır”.

O, ölkədə son illər bankların bağlanma səbəblərinə toxunub:

“Azərbaycanın bank sektorunda baş verən dalğalanmalar və bankların bağlanması bir çox səbəblərlə bağlıdır. Bunun dərin və qlobal səbəbləri də var. Devalvasiyadan üzü bəri gələn dalğa, pandemiyanın, bank bazarının təmərküzləşməsinin nəticəsidir”.

Günay Şahmar, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO