Gürcüstan Prezidenti: «Avropa Gürcüstanına səs verdim»

Gürcüstan Prezidenti: «Avropa Gürcüstanına səs verdim»

Hazırda oxunan: Gürcüstan Prezidenti: «Avropa Gürcüstanına səs verdim»

1663

Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün ölkəsində keçirilən parlament seçkilərində səs verib.

Bizim.Media gürcü mətbuatına istinadən xəbər verir ki, Zurabişvili Avropa Gürcüstanına səs verdiyini  söyləyib. O, koronavirus pandemiyasına baxmayaraq, əhalini seçki məntəqələrinə gəlməyə çağırıb. Bildirib ki, təhlükəsizlik təmin edildiyi və gigiyena tədbirləri nəzərə alındığı üçün hamı öz seçimini etməlidir:

"Bu gün hər kəsi təbrik etmək istəyirəm! Hər kəsin arzuladığı ölkəni qurmaq üçün səs veririk. Bu, Avropa, demokratik bir ölkədir".

Qeyd edək ki, Gürcüstanda 10-cu çağırış parlament seçkiləri keçirilir. Ölkə üzrə 3657 seçki məntəqəsində keçirilən səsvermədə 150 parlament yeri uğrunda 48 siyasi partiya və 2 blok mübarizə aparır.

Parlament seçkilərində 150 deputatdan 120-i proporsional  30-u isə majoritar qaydada seçiləcək. Bundan başqa seçkilərdə baryer 5 faizdən 1 faizə endirilib, təkbaşına hökuməti formalaşdırmaq istəyən partiya səslərin minimum 40%-nə sahib olmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO