İranda qəzet redaktoruna qarşı cinayət işi açıldı

İranda qəzet redaktoruna qarşı cinayət işi açıldı

Hazırda oxunan: İranda qəzet redaktoruna qarşı cinayət işi açıldı

166258

Tehran şəhər prokurorluğu İranda dərc olunan “Etemad” qəzetinə qarşı cinayət işi açaraq, qəzetin redaktorunu dövlət sirri sayılan məxfi sənədləri dərc etməkdə və bununla da ölkənin milli təhlükəsizliyinə təhdid törətməkdə ittiham edib.

Bizim.Media İran mətbuatına istinadla xəbər verir ki, prokurorluq bu gün cinayət işini məhkəmə istintaqına göndərib.

Qəzetin redaktoru Bəhruz Bəhruziyə qarşı irəli sürülən ittihamnamədə göstərilir ki, redaktor İranın Mətbuat haqqındakı Qanunun 5-ci, Milli təhlükəsizlik haqqında Qanunun isə 298-ci maddəsinin 4-cü bəndini pozaraq əldə etdiyi məxfi sənədləri, rəhbəri olduğu “Etemad” qəzetinin 26 noyabr tarixli sayında dərc edib.

Mətbuatın məlumatına görə, redaktor B.Bəhruziyə ilk dəfə deyil ki, cinayət işi açılır. Ötən il də məhkəməyə cəlb olunan redaktor 1 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaqdan məhrum edilib. Lakin jurnalist məhkəmənin qərarından Ali Məhkəməyə şikayət edib və hazırda işə baxılır. Məhkəmə prosesi getdiyi bir zamanda redaktora qarşı ikinci ittihamın irəli sürülməsi onun həbsi ilə nəticələnə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO