Bacıoğlu dayısını öldürdü - Biləsuvarda qətlin TƏFƏRRÜATI

Bacıoğlu dayısını öldürdü - Biləsuvarda qətlin TƏFƏRRÜATI

Hazırda oxunan: Bacıoğlu dayısını öldürdü - Biləsuvarda qətlin TƏFƏRRÜATI

16620

Aprelin 2-si saat 13 radələrində Biləsuvar şəhər sakini, 1977-ci il təvəllüdlü Hüseynov Vüqar Haxverən oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Biləsuvar Rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin bacısı oğlu, 2005-ci il təvəllüdlü Qubadlı Röyal Şahin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Vüqar Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Röyal Qubadlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO