1 616 nəfər peşəkar mühasib sertifikatı almaq üçün İMTAHAN VERƏCƏK

1 616 nəfər peşəkar mühasib sertifikatı almaq üçün İMTAHAN VERƏCƏK

Hazırda oxunan: 1 616 nəfər peşəkar mühasib sertifikatı almaq üçün İMTAHAN VERƏCƏK

166129

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini (qanunvericilik üzrә) keçirəcək.

Bizim.Media DİM-ə istinadən xəbər verir ki, imtahana qeydiyyat Mərkəzin internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 1 616 nəfər müraciət edib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar.

İmtahanın davametmə müddəti 3 saatdır və namizədə seçdiyi peşәkar mühasib sertifikat növünә aid qanunvericilik üzrә 40 test tapşırığı tәqdim olunur.

Namizədlərin “İmtahana buraxılış vərəqəsi”ndə imtahan iştirakçısının “Yaddaş kitabçası”da yerləşdirilib. İmtahan iştirakçılarından xahiş edilir ki, kitabça ilə mütləq tanış olsunlar.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 146 nəzarətçi‑müəllim, 20 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO