Şuşadakı məscidlərin bərpası nə vaxt başa çatacaq? – RƏSMİ AÇIQLAMA

Şuşadakı məscidlərin bərpası nə vaxt başa çatacaq? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Şuşadakı məscidlərin bərpası nə vaxt başa çatacaq? – RƏSMİ AÇIQLAMA

165928

“Şuşanın infrastrukturunun qurulması prosesi sürətlə davam edir. Aşağı Gövhər Ağa və Mamayı məscidlərinin bərpası gələn il başa çatacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Şuşada yeni böyük məscidin inşasının planlaşdırıldığını diqqətə çatdıran Aydın Kərimov 2024-cü ildə, həmçinin Daşaltı kəndində məscidin istifadəyə veriləcəyini, artıq tikinti işlərinin aparıldığını qeyd edib.
“Yuxarı Gövhər Ağa və Saatlı məscidləri artıq tam bərpa olunub və istifadədədir. Təqribən 7-8 məscid var ki, onlar tam dağılmış vəziyyətdədir. Çoxu yerlə-yeksan edilib. Vaxtilə Şuşada hər məhəllənin öz məscidi olub. Simpoziumun keçirilməsində də məqsəd daşı-daş üstə qalmayan abidələrin, məscidlərin bərpasında və yenidən qurumasında beynəlxalq təcrübədən faydalanmaqdır”, - deyə Adın Kərimov vurğulayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO