ABŞ-ın Kaliforniya ştatının San Bernardino şəhərinin 8 yaşlı sakini, xərçəng xəstəliyindən sağalan Lili Bampus adlı qızcığaz “Girl Scout” şirkətinə məxsus olan 30 min qutu şirin çörəyi sataraq gəlirini xərçəng xəstəliyindən əziyyət çəkən digər uşaqlara verib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı CNN telekanalı verib.
Mənbə yazır ki, 4 il ərzində 32.484 qutu satdığını söyləyən Lili Bampus əvvəlki rekordu qıraraq 3 ay ərzində 26 min qutu satıb.
Lili Bampusun anası Triş Bauer Bampus CNN-ə verdiyi açıqlamasında sağalma müddətinin uzun yol keçdiyini, müalicəyə başlayan zaman cəmi üç ayın içində olduğunu qeyd edib.
Ana, həmçinin uşaq xərçəng xəstəliklərinin dünyada nadir olmadığını və buna qarşı tək mübarizə aparıla bilməyəcəyini deyərək dünyaya səslənib.
Bampusun ilk satış hədəfi 5000 qutu olsa da online satışla 20000 minə yüksəlib.
“Girl Scout of America” şirkətinin sözçüsü CNN-ə göndərdiyi elektron poçt açıqlamasında Lilinin və anasının təşşəbbüskarlıq səylərini alqışlayıb.
Xəyalə Həsənova, Bizim.Media
- A-
- A
- A+
Dünya
12:38 / 02.04.2021
8 yaşlı qızcığazdan NÜMUNƏVİ ADDIM
Hazırda oxunan: 8 yaşlı qızcığazdan NÜMUNƏVİ ADDIM
Hazırda oxunan: 8 yaşlı qızcığazdan NÜMUNƏVİ ADDIM
16584
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.