Azərbaycanda polisdən qaçan sərxoş sürücü belə saxlanıldı - ANBAAN VİDEO 

Azərbaycanda polisdən qaçan sərxoş sürücü belə saxlanıldı - ANBAAN VİDEO 

Hazırda oxunan: Azərbaycanda polisdən qaçan sərxoş sürücü belə saxlanıldı - ANBAAN VİDEO 

165626

Gəncədə sürücü yol polisinin əmrinə tabe olmayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Yol Patrul Xidmətinin əməkdaşı tabe olmayan avtomobilin arxasınca qaçıb. Ancaq buna məhəl qoymayan sürücü qaçmağa çalışıb və polis əməkdaşı müvazinətini itirərək yıxılıb. 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən xəbərə görə, şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları inzibati ərazilərində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidmət aparan zaman VAZ markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb: 

“Bu zaman sürücünün sərxoş olması barədə əsaslı şübhələr yarandığından ona müayinədən keçməli olduğu bildirilib. Lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən yayınmağa çalışıb.
Polis əməkdaşlarının qətiyyətliliyi və çevikliyi nəticəsində sürücü saxlanılıb. Avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Sürücü tabe olmadığına və sərxoş halda avtomobil idarə etdiyinə görə barəsində protokol tərtib olunub”. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO