11 yaşlı oğlan hasarın altında qalaraq öldü - Şabranda dəhşətli hadisə 

11 yaşlı oğlan hasarın altında qalaraq öldü - Şabranda dəhşətli hadisə 

Hazırda oxunan: 11 yaşlı oğlan hasarın altında qalaraq öldü - Şabranda dəhşətli hadisə 

16560

Aprelin 1-də saat 14 radələrində Şabran şəhəri, M.Əsədov küçəsində 2010-cu il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlunun üzərinə hasar aşması nəticəsində xəsarətlər alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şabran rayon prokurorluğundan Bizim.Media verilən məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Fəqan Məmmədov əmisi oğlu, 2011-ci il təvəllüdlü Məmmədov Pənah Zaur oğlu və qonşusu, 2007-ci il təvəllüdlü Məmmədov İlkin Mahir oğlu ilə evlərinin yaxınlığında oynadıqları zaman güclü küləyin təsirindən qonşuluqda yerləşən evin daş hasarının üzərlərinə aşması nəticəsində Fəqan Məmmədov aldığı xəsarətlərdən ölüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO