Biləsuvar Rayon Polis Şöbəsinə rayonun Köhnə Amankənd adlanan ərazisində silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə torbanın içərisindən 2 ədəd "F1" əl qumbarası, 2 ədəd "Kalaşnikov" avtomatı və 120 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 16 nəfər rayon sakini qanunsuz olaraq saxladıqları ov silahlarını təhvil veriblər.
Ümumilikdə isə cari ilin əvvəlindən şöbə əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində keçirilən əməliyyat və profilaktiki tədbirlər zamanı 3 ədəd avtomat, 1 ədəd tapança, 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 101 ədəd müvafiq sənədləri olmayan ov silahı aşkarlanaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:33 / 21.11.2023
Biləsuvarda əl qumbaraları və "Kalaşnikov"lar AŞKARLANIB - FOTO
Hazırda oxunan: Biləsuvarda əl qumbaraları və "Kalaşnikov"lar AŞKARLANIB - FOTO
Hazırda oxunan: Biləsuvarda əl qumbaraları və "Kalaşnikov"lar AŞKARLANIB - FOTO
165488
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.