Ermənistan ordusunun işğal zamanı Azərbaycan ərazilərində yaratdığı müdafiə - süni istehkam qurğuları aşkarlanaraq məhv edilir. Ermənistan ordusunun hava hücumundan müdafiə məqsədi ilə bir-birinə “tikdiyi” “tros”lar, daha doğrusu dəmir torlar aşkarlanaraq sökülüb.
Bizim.Media xəbər verir ki, 44 günlük Vətən müharibəsindən sonra belə müdafiə xətlərinə ilk dəfə Hadrut istiqamətində rast gəlinib.
Sonra isə Ağdam rayonunun işğaldan azad edilən Qızıllı Kəngərli kəndi ərazisində görünüb. Növbəti hava hücumunun qarşısını almaq üçün istifadə edilən bu “metod” Şuşa və Laçın dağlarında aşkarlanıb. Məqsəd geniş miqyaslı hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun aşağı məsafədən aviasiya uçuşunun qarşısını almaq üçün nəzərdə tutulub.
Ermənistan ordusunun dağdan-dağa çəkdiyi ümumi uzunluğu 1000 metrdən artıq olan qalın troslar - təxminən 40 metrdən bir həmin trosa bərkidilərək aşağı sallanan troslar - ciddi və hiyləgər maneə hesab edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:50 / 21.11.2023
Ermənistanın işğal zamanı yaratdığı süni istehkam qurğuları məhv edilir - FOTO
Hazırda oxunan: Ermənistanın işğal zamanı yaratdığı süni istehkam qurğuları məhv edilir - FOTO
Hazırda oxunan: Ermənistanın işğal zamanı yaratdığı süni istehkam qurğuları məhv edilir - FOTO
165428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.