Rusiyadan GÖZLƏNİLMƏZ HƏMLƏ – “Qazın qiyməti BAHALAŞACAQ”

Rusiyadan GÖZLƏNİLMƏZ HƏMLƏ – “Qazın qiyməti BAHALAŞACAQ”

Hazırda oxunan: Rusiyadan GÖZLƏNİLMƏZ HƏMLƏ – “Qazın qiyməti BAHALAŞACAQ”

165420

Rusiyanın qazpaylayıcı şəbəkələrlə qazın nəqli xidmətlərinin tariflərini bu ilin dekabr ayının 1-dən artıracaq. Halbuki, daha əvvəl deyilmişdi ki, qiymət artımı 2024-cü il iyulun 1-dən olacaq. 
Qeyd edək ki, “Qazprom” bununla belə, gələn ilin yayında xidmətlərin qiymətini artırmaqdan imtina etmək niyyətində deyil. Ona görə ki, şirkət Federal Antiinhisar Xidmətinə (FAS) iyulun 1-dən tarifləri 15 faiz, 2025-ci il iyulun 1-dən isə 7,2 faiz artırmağı təklif edib.

Bəs, “Qazprom”un bu qərarı dünya bazarında mavi qazın qiymətinə necə təsir edəcək?

Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, son illər qazın qiymətində tez-tez yüksək artımlar müşahidə olunur:
 

MÖVZU İLƏ BAĞLI:

“Qazprom” qazın nəqli tariflərini qaldıracaq: TARİX AÇIQLANDI


“Bu qiymət artımı bazarın tələb-təklif qaydaları ilə yox, siyasi proseslərlə bağlıdır. Yada salaq ki, ötən ilin fevral ayının 24-də Ukrayna-Rusiya müharibəsinin başlaması ilə qazın qiyməti rekord səviyyədə bahalaşdı. 2022-ci ilin mart ayının 7-də Avropa birjalarında min kubmetr qaz 3900 dollara satıldı. Amma indi qiymətlərdə müəyyən səngimə var. Noyabrın 20-də Avropa hərraclarında qazın min kubmetri 531 dollara satılıb. Baxmayaraq ki, bu qiymət də heç də ucuz deyil”. 

Akif Nəsirli hesab edir ki, Rusiya daşınma tarifini, o cümlədən qazın qiymətini nə qədər artırsa da Avropa onu almaqdan imtina etməyəcək:

“Lap “Qazprom” qazın qiymətini 10-15 faiz bahalaşdırsa da bazarda elə bir həyəcan yaşanmayacaq. Avropa üçün problem qazın olmamasıdır. 

Qiymət önəmli deyil. 

Yəni, Avropa ötən il 3900 dollar verdiyi qaza indi 600 dollar verməkdən çəkinməyəcək. Hazırda Avropa üçün əsas məsələ Rusiya qazından asılılığı aradan qaldırmaqdır. 

Məsələn, Almaniya son illər alternativ enerji istehsalını xeyli artırıb. Hazırda ölkənin enerji tələbatının 60 faizi alternativ enerji hesabına ödənilir.

Digər Avropa ölkələri də bu yolu tutub. Amma indiki halda Rusiya qazından Avropanın asılılığı var. Ona görə də köhnə qitə şimal qonşumuzun qərarları ilə razılaşmaq məcburiyyətindədir. 

Sonda onu da deyək ki, qazın dünya bazarında qiymətinin artması Azərbaycanın maraqlarına uyğundur”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO