Ad günündə dönər yeməyə gedən məktəblilər dəhşət yaşadı - İkisi öldü 

Ad günündə dönər yeməyə gedən məktəblilər dəhşət yaşadı - İkisi öldü 

Hazırda oxunan: Ad günündə dönər yeməyə gedən məktəblilər dəhşət yaşadı - İkisi öldü 

165367

Ötən gecə Hacıqabul rayonunda iki məktəblinin ölümü ilə nəticələnən ağır yol qəzasının təfərrüatı məlum olub. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Rafail Şirəliyev idarə etdiyi “Toyota Prius” markalı minik avtomobillə övladını və kirvəsi olduğu dostunun 2 oğlunu yaşadığı Abdulabad kəndindən yaxınlıqdakı Qarasu kəndinə dönər yeməyə aparırmış. 

Belə ki, ötən gün R.Şirəliyevin kirvəsi olduğu 2008-ci il təvəllüdlü Məhəmməd Şamo oğlu Abuşovun doğum günü imiş. Bununla əlaqədar o, 2010-cu il təvəllüdlü oğlu Əliyar Şirəliyevi, Məhəmmədi və onun kiçik qardaşı, 2014-cü il təvəllüdlü Pənah Abuşovu avtomobilə əyləşdirərək Bakı-Qazax yolu istiqamətində hərəkət edib. 
Saat 21 radələrində avtomobil Abdulabad kəndindən Bakı-Qazax magistralına doğru hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə “Toyota Prius” aşmış halda 40 metr məsafəyədək məsafə qət edib. 

Sürücünün oğlu Əliyar, eləcə də ad günü olan Məhəmməd hadisə yerində ölüb. 

9 yaşlı Pənah sol bud və bazu sümüklərinin sınığı, sürücü isə bütün bədənin əzilməsi diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Qeyd edək ki, qəzaya düşən yeniyetmələr Abdulabad kənd orta məktəbinin şagirdləri olub. 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO