"Şahdəniz" qazının ixracı ARTIB 

Hazırda oxunan: "Şahdəniz" qazının ixracı ARTIB 

165168

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 32 963,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4% artım müşahidə olunub. 

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, qaz nəqlinin 55,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. 

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. 

Belə ki, hesabat dövründə bu kəmərlə 18 209,8 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 6,7%-lik artım). 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO