Napoleonun papağı hərracda 1,9 milyon avroya satıldı - FOTO-VİDEO

Napoleonun papağı hərracda 1,9 milyon avroya satıldı - FOTO-VİDEO

Hazırda oxunan: Napoleonun papağı hərracda 1,9 milyon avroya satıldı - FOTO-VİDEO

165156

Fransanın birinci imperatoru Napoleon Bonapartın papağı və digər şəxsi əşyaları hərraca çıxarılıb.

Bizim.Media xəbər verir ki, paytaxt Parisdə Osenat hərrac evində təşkil olunan satışda Bonapartın papağı 1 milyon 900 min avroya satılıb.

Papağı alan şəxsin adı açıqlanmır.

İmperatorun təxminin 120-ə yaxın "bicorn" (ikibuynuzlu) papağının olduğu lakin günümüzə qədər onlardan iyirmisinin gəlib çıxdığı məlum olub. Papağın hərracda ilkin qiyməti 600 min avro olub.

Digər əşyalar arasında Napoleonun 1815-ci ildə Vaterloda məğlubiyyətindən sonra qarət edilmiş gümüş boşqab və içərisində ülgüc, gümüş diş fırçası, qayçı və digər əşyalar olan taxta makiyaj qutusu var idi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO