Azərbaycan cüdoçuları komanda yarışında medal qazana bilməyib

Azərbaycan cüdoçuları komanda yarışında medal qazana bilməyib

Hazırda oxunan: Azərbaycan cüdoçuları komanda yarışında medal qazana bilməyib

165112

Cüdo üzrə Azərbaycan millisi Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər idmançılar arasında keçirilən Avropa çempionatının komanda yarışında medal qazana bilməyib.

Bizim.Media xəbər verir ki, qitə birinciliyinin son günündə mübarizəyə 1/4 finaldan başlayan yığma Ukrayna üzərində 4:1 hesablı qələbə qazansa da, uğurlu startın davamını gətirə bilməyib.

Cüdoçularımız əvvəlcə yarımfinalda Almaniyaya 3:4, ardından isə bürünc medal uğrunda görüşdə Gürcüstana 1:4 hesabı ilə məğlub olublar.
Qeyd edək ki, yığmanın 5 üzvü - Aydan Vəliyeva (52 kq), Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Məhərrəm İmamverdiyev (81 kq) fərdi yarışlarda bürünc medal qazanıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO