“Everton”a ağır cəza – 10 xalı silindi 

“Everton”a ağır cəza – 10 xalı silindi 

Hazırda oxunan: “Everton”a ağır cəza – 10 xalı silindi 

164888

İngiltərə Premyer Liqasında mübarizə aparan komandalardan “Everton”un aktivindən 10 xal silinib.  

Bizim.Media xəbər verir ki, bu barədə Premyer Liqanın saytı məlumat yayıb.  

Belə qərar verilməsinə səbəb Liverpul təmsilçisinin 2021/22 mövsümündə maliyyə qaydalarını pozması olub. Nəticədə 14 xalla 14-cü yerdə qərarlaşan “Everton”un 10 xalı silinib və komanda turnir cədvəlində 19-cu pilləyə enib. 

Araşdırmadan sonra məlum olub ki, “Everton 2021/22 mövsümündə 125,4 milyon sterlinq zərərə uğrayıb. Premyer Liqanın qaydalarına görə, bu məbləğ 105 milyon sterlinqdən çox olmamalıdır. 
Üstəlik, Premyer Liqa komandaları üçün 3 il müddətində maksimum zərər məbləği 105 milyon sterlinqdir. Lakin “Everton” 2018-2021-ci illərdə ümumilikdə 370 milyon sterlinq pul itirib. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO