Fazil Qasımovun həbs müddəti UZADILDI 

Fazil Qasımovun həbs müddəti UZADILDI 

Hazırda oxunan: Fazil Qasımovun həbs müddəti UZADILDI 

164788

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova qərar qəbul edib. 

İş üzrə ibtidai istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar F.Qasımovun həbsdə saxlama müddəti 3 ay uzadılıb. 

Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO