Polisin qətlində təqsirləndirilən şəxslərin məhkəməsinə şahidlər məcburi gətiriləcək - FOTO

Polisin qətlində təqsirləndirilən şəxslərin məhkəməsinə şahidlər məcburi gətiriləcək - FOTO

Hazırda oxunan: Polisin qətlində təqsirləndirilən şəxslərin məhkəməsinə şahidlər məcburi gətiriləcək - FOTO

164587

Bakıda polisin qətlində təqsirləndirilən şəxslərin məhkəməsinə şahidlər məcburi gətiriləcək. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi Bakıda kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. 

Prosesdə zərərçəkmiş tərəfin vəkilləri vəsatət qaldıraraq bildiriblər ki iş üzrə Orxan Fətəliyev əsas şahidlərdən biridir və onun özü də təqsirləndirilən şəxs qismində dindirilməlidir. 
Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib. 

Bundan əlavə, məhkəmə iş üzrə digər şahidlər olan İlahə Həsənova və Dilavər Məlikovun polis nəzarəti altında məcburi şəkildə məhkəməyə gətirilməsi ilə bağlı qərar çıxarıb. Məhkəmənin növbəti iclası noyabrın 29-na təyin edilib. 

İttiham aktına əsasən hadisə bu il fevralın 11-i gecə saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb. Kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib. 

Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıb. 

Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. 

Qətlə yetirilən İlkin Rzayev keçmiş polis əməkdaşı olub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO