“Beşiktaş”ın futbolçusu yenidən Səudiyyə Ərəbistanına qayıdır?

“Beşiktaş”ın futbolçusu yenidən Səudiyyə Ərəbistanına qayıdır?

Hazırda oxunan: “Beşiktaş”ın futbolçusu yenidən Səudiyyə Ərəbistanına qayıdır?

164557

"Beşiktaş"ın hücumçusu Vensan Abubakar yenidən Səudiyyə Ərəbistanına qayıda bilər. 

Bizim.Media xəbər verir ki, 31 yaşlı futbolçunun xidmətində Kərim Benzemanın formasını geyindiyi "Əl İttihad" maraqlıdır. Bu barədə ərəb mediası məlumat yayıb. 

"Əl İttihad" Türkiyə klubuna kamerunlu forvardın müqaviləsinə yer alan 6,5 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır. 
Qeyd edək ki, "Beşiktaş" Vensan Abubakarı bu ilin yanvar ayında "Əl Nəssr"dən transfer edib. Təcrübəli hücumçu cari mövsümdə "qara qartallar"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO