Müdafiəyə ayrılan milyardlarla pul hara getdi? - Erməni deputat 

Müdafiəyə ayrılan milyardlarla pul hara getdi? - Erməni deputat 

Hazırda oxunan: Müdafiəyə ayrılan milyardlarla pul hara getdi? - Erməni deputat 

164533

“2023-cü ilin doqquz ayı ərzində Ermənistan büdcəsinin müdafiə sektorunda əsaslı xərclərin icrası 55 faiz təşkil edib. Nəzərdə tutulan 226,6 milyard dramdan cəmi 124,6 milyardı xərclənib. Baxmayaraq ki, ötən il görünməmiş maliyyələşdirmə elan edilib”.

Bizim.Media xəbər verir ki, bunu “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan parlamentin iclasında 2024-cü il büdcə layihəsinin müdafiə bloku ilə bağlı çıxışı zamanı deyib.

“Ötən ilin büdcəsində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının 2024-cü il üçün yeni geyim formasında görünməsi nəzərdə tutulurdu, lakin müsabiqə keçirilmədiyi üçün bu baş verməyəcək.

Xatırladaq ki, Ararat Mirzoyan silahların alınması və idxalı zamanı logistika problemlərinin olduğunu bəyan edib. Müdafiə qabiliyyətinin artırılması ilə bağlı logistik problem var.

Bütün bu məsələlər Parlamentin Müdafiə və Təhlükəsizlik daimi komissiyasında müzakirə olunub, amma mən bu barədə danışa bilmərəm. Bu cür məsələlər həll olunmasa, müdafiəyə ayrılan milyardlarla dram hara gedəcək?”, – Qeqam Manukyan bildirib.
Qeyd edək ki, bu gün 1 ABŞ dolları 403 dramdan bir qədər bahadır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO