Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.4, azot-4 oksid 1.2, Sumqayıt şəhərində dəm qazı və azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib.
Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır", - məlumatda qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:40 / 14.11.2023
Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan ARTIQ OLUB
Hazırda oxunan: Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan ARTIQ OLUB
Hazırda oxunan: Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan ARTIQ OLUB
164374
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.