Mərakeş şirkətləri işğaldan azad edilmiş ərazilərə dəvət EDİLDİ

Mərakeş şirkətləri işğaldan azad edilmiş ərazilərə dəvət EDİLDİ

Hazırda oxunan: Mərakeş şirkətləri işğaldan azad edilmiş ərazilərə dəvət EDİLDİ

164367

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Mərakeş investorlarını və şirkətlərini Ələt Azad İqtisadi Zonasında, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində və onun hüdudlarından kənarda biznes və investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə nazir Mərakeşdə keçirilən Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın 2-ci iclası çərçivəsində təşkil edilmiş I Azərbaycan-Mərakeş Biznes Forumunda çıxışı zamanı deyib. 

Nazir, Azərbaycanın Şərqlə Qərbin kəsişməsində strateji yerləşməsi və Mərkəzi Asiyaya yaxınlığı investorlar üçün daha bir üstünlük olduğunu diqqətə çatdırıb. 

Azərbaycanın aparıcı şirkətlərinin Mərakeşdə həyata keçirilən infrastruktur layihələrində iştirakının iqtisadi əməkdaşlığımıza əlavə fayda verə biləcəyi vurğulanaraq, Azərbaycan və Mərakeşin strateji coğrafi yerləşməsinin ölkələrimizin müvafiq ticarət limanları arasında əməkdaşlığı inkişaf etdirməyə və təcrübə mübadiləsi aparmağa imkan verəcəyi vurğulanıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO