Sevinc Çılğının sənət gecəsi keçiriləcək - FOTO/VİDEO

Sevinc Çılğının sənət gecəsi keçiriləcək - FOTO/VİDEO

Hazırda oxunan: Sevinc Çılğının sənət gecəsi keçiriləcək - FOTO/VİDEO

164288

Tanınmış şair Sevinc Çılğının şeirli, musiqili təqdimat-konserti olacaq. 

Bizim.Media xəbər verir ki, "Adagio" adlı sənət gecəsi dekabrın 26-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. 

Muğam Mərkəzinin foyesində şairin yeni kitabının - "Adagio”un təqdimatı ilə başlayan gecə, daha sonra Mərkəzin səhnəsində konsert proqramı ilə davam edəcək. 

Konsertdə həm müəllifin, həm tanınmış aktrisaların ifasında şeir kompozisiyaları səslənəcək. Həmçinin məşhur müğənnilər Sevinc Çılğının sözlərinə bəstələnmiş mahnıları ifa edəcək.

Şeirli, musiqili sənət gecəsində Azərbaycan səhnəsinin ulduzları İlqar Muradov, Gülüstan Əliyeva, Dilarə Əliyeva, Ayaz Qasımov, Vüsal Hacıyev, Pərviz Abdullayev, Zabitə Əliyeva, Nazim Məmmədov, Orxan Bağırov, Fidan Süleymanova, Təranə Ocaqverdiyeva, Natəvan Qeybani və sürpriz qonaqlar çıxış edəcəklər. 

Konsertin biletlərini Beynəlxalq Muğam Mərkəzinin və şəhərin kassalarından, həmçinin İticket saytından onlayn əldə etmək mümkündür:

//iticket.az/events/concerts/art-evening-sevinj-chylgyn-adagio/104623
 




Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO