İkiüzlülüyün SON HƏDDİ – Rəisi dostluqdan danışır, Sübhani Azərbaycanı təhdid edir...

İkiüzlülüyün SON HƏDDİ – Rəisi dostluqdan danışır, Sübhani Azərbaycanı təhdid edir...

Hazırda oxunan: İkiüzlülüyün SON HƏDDİ – Rəisi dostluqdan danışır, Sübhani Azərbaycanı təhdid edir...

164168

Xəbər verdiyimiz kimi 2 gün əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sübhani “SivilNet”ə müsahibə verib.

Həmin müsahibəsində etnik erməniləri “Qarabağ xalqı” adlandırmaqla kifayətlənməyən səfir Azərbaycanın ünvanına məsuliyyətsiz bəyanatlar səsləndirib:
 

MÖVZU İLƏ BAĞLI:

İran lideri: "Çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu"


“Biz beynəlxalq hüquqa və BMT normalarına uyğun olaraq Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, lakin bu o demək deyil ki, oradakı insanların hüquqları pozulmalıdır.

Hesab edirik ki, “Qarabağ xalqı”nın hər bir nümayəndəsinin hüquqları təmin edilməlidir, onların öz hüquqlarını reallaşdırmaq imkanı olmalıdır. Bu, heç kimin, o cümlədən Azərbaycanın gözardı edə bilməyəcəyi reallıqdır.

Qarabağ böhranı başlayanda bir qrup qaçqın Qafana yerləşmişdi, mən gedib onlardan niyə ərazini tərk etdiklərini soruşdum, dedilər ki, həyatları təhlükədə idi. Başqalarını öz vətəndaşı adlandıran ölkə şərait yaratmalıdır ki, bu insanlar özlərini təhlükəsiz hiss etsinlər, bu ərazini, bu torpağı tərk etməsinlər. Biz “Qarabağ xalqı”nın qanuni və legitim hüquqlarının təmin olunmasının tərəfdarıyıq”, - deyə Sübhani bildirib.

Sübhani bununla da kifayətlənməyib... 

Bir qədər də irəli gedərək Zəngəzur dəhlizi barədə də məsuliyyətsiz fikirlər səsləndirib:

“Dəhliz” sözünün arxasında Azərbaycanın gizli fikri var. Beynəlxalq terminologiyada bu, əlaqə marşrutu deməkdir, lakin Ermənistanla bağlı olanda xüsusi “hüquqi məna” kəsb edir. Bu sözü təkrar edənlər xüsusi mənada işlədirlər və fikirlərini öz bəyanatlarının arxasında gizlədirlər. Biz “Ermənistanın suverenliyindən kənara çıxan” və “Ermənistanın müstəqilliyini şübhə altına alan” o rabitə kanallarının əleyhinəyik”. 

Məsuliyyətsizlik yoxsa siyasət?

İranli səfirin bu cür məsuliyyətsiz çıxışı ancaq təəssüf doğurur. Çünki son vaxtlar İranla Azərbaycan arasındakı münasibətlərdə bir isinmə müşahidə olunurdu. Hətta noyabrın 9-da Daşkənddə İran Prezidenti İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə çox maraqlı fikirlər səsləndirmişdi. 

Ümid etmək olardı ki, Rəisinin bu fikirlərindən sonra molla-fars rejimi Azərbaycana qarşı apardığı çirkin kampaniyaya son qoyacaq. Lakin İran Prezidentinin çıxışından 2 gün sonra bu ölkənin Ermənistandakı səfirinin yalan və böhtan dolu fikirləri müəyyən suallar doğurur. 

Bilmək olmur ki, öz çıxışında Rəisi səmimidir, yoxsa Sübhani?!

Amma nəzərə alaq ki, molla-fars rejimi erməni məsələsi olan yerdə Azərbaycanla bağlı fikirlərində heç bir cizgi tanımır. Ona görə də səfir Sübhaninin fikirləri daha səmimi görünür. 

Nəzərə alaq ki, Sübhaninin açıqlamalarına Azərbaycan XİN artıq cavab verib. İndi rəsmi Tehranın bu məsələyə necə reaksiya verəcəyi maraqla gözlənilir. Azərbaycan XİN-in bəyanatından 24 saata yaxın vaxt keçsə də hələki rəsmi Tehrandan xəbər yoxdur. Əgər İran XİN məsələyə hansısa bir mövqe bildirməsə, onda belə aydın olacaq ki, səfir Sübhaninin fikirləri əslində rəsmi Tehranın mövqeyidir.

Təbii ki, belə vəziyyət daha çox molla-fars rejimini çətinə salır. 

Çünki iqtisadi sanksiyalara və kommunikasiya bolkadasına alınmış İranın vəziyyətinin normallaşması Azərbaycandan çox asılıdır. Belə ki, Zəngəzur dəhlizinin bir hissəsinin İran ərazisindən keçməsi təkcə bu ölkəyə iqtisadi dividend gətirməyəcək, həm də bu dövlətin Avropaya çıxışına imkan yaradacaq. 

Digər tərəfdən, hazırda Şimal-Cənub dəhlizi üzərində ciddi iş gedir. Ötən gün Rusiya və İran rəsmiləri Rəşt-Astara dəmir yolunun tikintisini yaxın zamanlarda yekunlaşdırmaq üçün bir araya gəliblər. Hər iki tərəf çalışır ki, Şimal-Cənub dəhlizi ən qısa zamanda istifadəyə verilsin. Bu dəhliz istifadəyə verilsə, onda yüklər Azərbaycan üzərindən Moskvadan Tehrana və yaxud əks istiqamətə cəmi 3 günə çatdırılacaq. Bu da çox böyük iqtisadi uğur deməkdir.

Belə həssas bir dönəmdə İran səfirinin məsuliyyətsiz və diplomat etikasına sığmayan fikirləri ancaq iki ölkə arasında münasibətlərə zərbə vurur.

Əgər rəsmi Tehran Sübhaninin fikirlərini təkzib etməsə və bu ritorikada çıxışlarına davam etsə, onda İran üçün yaxşı heç nə vəd olunmur. Ən azından İranın iqtisadi blokadasının ömrü bir qədər də uzanacaq.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO