Maskalarda qurd qalmaqalı davam edir – İstehlakçıdan açıqlama

Maskalarda qurd qalmaqalı davam edir – İstehlakçıdan açıqlama

Hazırda oxunan: Maskalarda qurd qalmaqalı davam edir – İstehlakçıdan açıqlama

16413

Bu gün ölkə gündəmini zəbt edən gündəlik istifadə etdiyimiz tibbi maskalarda nano qurdların olması məsələsinin ətrafında müzakirələr davam edir.

Bizim.Media məsələ ilə bağlı Bakı Tekstil Fabrikinin direktoru Səkinə Babayevaya müraciət edib.
 

MÖVZU İLƏ BAĞLI:

Tibbi maskalar bizi qoruyurmu yoxsa yoluxmamıza yol açır? – QURD QALMAQALI - VİDEO


O, bildirib ki, Azərbaycanda istehsal edilən tibbi maskalarda bu cür mikroorqanizmlərin olması mümkün deyil. Onun sözlərinə görə, maskalar istehsal edildikdən sonra və satışa çıxarılmamışdan əvvəl bir-neçə dezenfeksiya mərhələsindən keçir.

“Bundan əlavə onlar analitik yoxlama mərkəzində də yoxlamadan keçir və daha sonra satışına icazə verilir”.

İstehlakçı bildirib ki, bu ancaq xarici bazarlardan Azərbaycana daxil olan tibbi maskalarda müşahidə oluna bilər:

“Biz daha əvvəl qiyməti 3 qəpikdən olan, müxtəlif kargolarda Azərbaycana gətirilən maskaların, yerli bazarlara buraxılmaması haqqında təkliflər vermişik. Sizcə 3-5 qəpiyə gətirilən maskaların keyfiyyəti necə ola bilər? Bu maskaların 1 kiloqramı 3 dollar 60 sentdir. Aradakı fərqə baxsaq bunu görə bilərik. Ancaq xaricdən gələn maskalarda bu cür qurdlar ola bilər. Bu ucuz maskalar zibilliklərdən və ya başqa bir yerdən yığılıb təkrar emala verilə bilər”.

S. Babayeva hazırda Bakı Tekstil fabrikində 3 rəngdə- qara, yaşıl və göy rəngdə maska istehsal etdiklərini də bildirib:

“İnfeksionist Vüqar Cavadzadə “maska meyvə deyil axı onda qurd əmələ gəlsin” fikrini söyləyib. Bu çox gözəl fikirdir. Yenə təkrar söyləyirəm, bu ancaq istifadə edilib, təkrar emala verilən, xaricdən gətirilən maskalarda ola bilər. Belə hallarda müxtəlif qurdlar ola bilər. Azərbaycanda istehsal edilən tibbi maskalarda qəti şəkildə bu cür hallar yaşana bilməz. Özünüz düşünün quru xammalda necə qurd ola bilər?”

Fabrik direktoru söhbət əsnasında xaricdən gətirilən maskalara Dövlət Gömrük Komitəsi tərəfindən qadağa qoyulmasının da vacibliyini vurğulayıb.

“Biz istərdik ki, hər kəs Dövlət Gömrük Komitəsi qarşısında ölkəyə xaricdən gətirilən hazır maskaların buraxılmaması üçün şərt qaldırsın. Əgər ölkə daxilində tibbi maskaya olan təlabat ödənilirsə, meydan işbazlara buraxılmamalıdır. Azərbaycana tibbi maskalar əsasən Çin və İran İslam Respublikasından gətirilir. Onlar bununla xalqı zəhərləyir. Bu məsələdə hamı bir nəfər kimi ayağa qalxmalıdır”.

Sonda Səkinə Babayeva ölkə mediasına da səslənib:

“Mən bütün medianı fabrikə gəlib, yerində istehsal olunan maskaları test etməyə dəvət edirəm. Bu zaman Azərbaycanda istehsal olunan maskaların keyfiyyətini hamı görə bilər”.  

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO