Antonio Quterreş İrandan HƏMAS-la bağlı xahiş etdi

Antonio Quterreş İrandan HƏMAS-la bağlı xahiş etdi

Hazırda oxunan: Antonio Quterreş İrandan HƏMAS-la bağlı xahiş etdi

164064

BMT-nin baş katibi Antonio Quterreş deyib ki, o, İran hakimiyyəti ilə danışıb və Fələstinin HƏMAS hərəkatını Qəzza zolağında bütün girovları azad etməyə məcbur etmək üçün onlara təsir göstərməyi xahiş edib.

Bu barədə Bizim.Media  “CNN” telekanalına istinadən xəbər verir.

Dünya təşkilatının rəhbəri həmçinin, Livanın Fələstin-İsrail münaqişəsinə cəlb edilməməsi üçün Tehrandan “Hizbullah” hərəkatına təsir göstərməsini istəyib.

Dünya qurumunun rəhbəri Tehranın onun tələblərinə əməl edib-etməyəcəyini “bilmədiyini” deyib və “İranın mövqeyinin həmişə sirr olaraq qaldığını” vurğulayıb:

“Münaqişənin genişlənməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik, yəni Hizbullahın hücumundan sonra İsrailin kütləvi reaksiyası Livanın tamamilə məhv edilməsi ilə nəticələnəcək”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO