Koronavirusa yoluxan yeganə keçəci rəssam komaya düşdü – NAZİRLİK hələ də susur

Koronavirusa yoluxan yeganə keçəci rəssam komaya düşdü – NAZİRLİK hələ də susur

Hazırda oxunan: Koronavirusa yoluxan yeganə keçəci rəssam komaya düşdü – NAZİRLİK hələ də susur

16397

Azərbaycanın yeganə keçəçi rəssamı Rauf İsmayılov və həyat yoldaşı Xanım İsmayılovanın koronavirusa yoluxduqlarını xəbər vermişdik.

Son bir neçə gündür ki, rəssamın durumu ağırlaşıb və ötən gün komaya düşüb.

Bu barədə Bizim.Media-ya Rauf İsmayılovunn həyat yoldaşı Xanım İsmayılova məlumat verib. 

O deyib ki, rəssam müalicələrə cavab vermir və həyatı sual altındadır.  

 

MÖVZU İLƏ BAĞLI:

Yeganə keçəci rəssamın həyatı sual altındadır - Həyat yoldaşından Mədəniyyət Nazirliyinə MÜRACİƏT


Xanım İsmayılova növbəti dəfə Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqından sənətkarın ayağa qalxması üçün dəstək istəyib. O, bununla bağlı hər iki quruma Bizim-Media vasitəsilə müraciət edib. 

Həmin müraciəti təqdim edirik:

“Rəssam Rauf İsmayılov və mən hazırda Covid 19 diaqnozu ilə Zığda yerləşən Fövqaladə Hallar Nazirliyinin Modul Tipli Xəstəxanasında müalicə alırıq. Hər ikimiz hazırda oksigendən asılıyıq. Rauf müəllim Eksperimental klinikada ürək əməliyyatından yenicə çıxıb.

Daha sonra  prostat vəzinin şiş törəməsindən Leyla Şıxlinskaya klinikasında əməliyyat olundu. Əvvəlki və sonrakı klinikanın bütün ödənişləri, əməliyyat sonrası sistem və iynələri ailə hesabına qarşılandı. Əməliyyatından 9 -10 gün sonra isə koronavirusa yoluxduq.

Artıq əlimizdə heç bir vəsait yoxdur. Rauf müəllim Azərbaycanın Dekorativ Tətbiqi Sənət nümunəsi üzrə yeganə sənətçidir.

Rauf müəllim Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Humay" Milli və “Sultan Məhəmməd” mükafatlarının laureatı, Azərbaycanın ilk və yeganə keçəçi-rəssamıdır.

Uzun illər İncəsənət və Qərb Universitetlərində pedaqoji fəaliyyətlə məşğul olub. Əsərləri dünyanın ən mötəbər sərgi salonlarında, eləcə də Azərbaycanda Rüstəm Mustafayev adına muzeydə, Müasir İncəsənət Muzeyində, Xalça Muzeyində qorunur və nümayiş olunur. Xahiş edirəm, rəssamın əsərlərinin satışı təşkil olunsun”. 

 

Rəssamın səhhətindəki hazırki durumu ilə bağlı nə Mədəniyyət Nazirliyindən, nə Rəssamlar İttifaqından heç bir maddi və mənəvi dəstək göstərilmədiyini deyən Xanım İsmayılova Azərbaycan sənətkarına nümayiş olunan münasibətdən gileylənib. 


Qeyd edək ki, Rauf İsmayılov Azərbaycanın ilk və yeganə keçəci rəssamıdır. O, həm də Azərbaycan Rəssamlar və Reklamçılar İttifaqının üzvü, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi və yüzlərlə əsərin müəllifidir.

Həyat yoldaşı Xanım İsmayılova isə respublikanın qabaqcıl təhsil işçisi, “Qızıl Qələm” Media mükafatı laureatıdır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO